“Keşlə” klubu növbəti futbolçu transferini gerçəkləşdirib.
Teleqraf.com-un klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, braziliyalı hücumçu Silvio Rodriges Perreyra Juniorla 1 illik müqavilə bağlanılıb.
Karyerası ərzində Braziliyanın “Batatais”, Ukraynanın “Çernomorets” və Slovakiyanın “Zlata Morevtse” komandalarında oynamış 26 yaşlı forvard son olaraq Albaniya “Vlajniya”sında çıxış edib.