"Qarabağ"ın UEFA Çempionlar Liqasının II təsnifat mərhələsindəki potensial rəqibləri bəlli olub.
Teleqraf.com-un məlumatına görə, Ağdam təmsilçisi I mərhələdə Şimali Makedoniya "Sileks"ini keçəcəyi təqdirdə "Şerif" (Moldova) - "Fola Eş" (Lüksemburq) cütünün qalibi ilə üz-üzə gələcək. Ağdam klubu I mərhələni keçəcəyi təqdirdə həmin matçı da Bakıda oynayacaq.
Qeyd edək ki, Çempionlar Liqasında I təsnifat mərhələsinin oyunları 18-19 avqust, II mərhələnin matçları isə 25-26 avqustda gerçəkləşəcək. Pley-offa qədər bütün raundlar bir oyundan ibarət olacaq. "Qarabağ" "Sileks"i də doğma meydanda qəbul edəcək.
Çempionlar Liqası
II təsnifat mərhələsi
"Buduçnost" (Podqoritsa, Monteneqro) - "Lüdoqorets" (Bolqarıstan) / "Midtüllann" (Danimarka) cütü
"Dinamo" (Brest, Belarus) - "Astana" (Qazaxıstan) cütü / "Konnas Ki" (Uels) - "Sarayevo" (Bosniya və Herseqovina) cütü
"Qarabağ" (AZƏRBAYCAN) - "Sileks" (Şimali Makedoniya) / Şerif" (Moldova) - "Fola Eş" (Lüksemburq) cütü
"Srvena Zvezda" (Serbiya) - "Europa" (Cəbəllütariq) cütü / "Dinamo" (Tbilisi, Gürcüstan) - "Tirana" (Albaniya) cütü
“Floriana” (Malta)/ÇFR (Rumıniya) cütünün qalibi - “Dinamo” (Zaqreb, Xorvatiya)
“Yanq Boyz” (İsveçrə) - “Klaksvik” (Farer adaları)/“Slovan” (Slovakiya) cütünün qalibi
“Seltik” (Şotlandiya)/“Reykyavik” (İslandiya) cütünün qalibi - “Ferensvaroş” (Macarıstan)/ "Yurqorden" (İsveç) cütünün qalibi
“Flora” (Estoniya)/“Suduva” (Litva) cütünün qalibi - “Makkabi” (Təl-Əviv, İsrail)/“Riqa” (Latviya) cütünün qalibi
“Legiya” (Polşa)/“Drita” (Kosovo)// “Linfild” (Şimali İrlandiya) cütünün qalibi - “Ararat” (Ermənistan)/“Omoniya” (Kipr) cütünün qalibi
"Çelye" (Sloveniya)/“Dandolk” (İrlandiya) cütünün qalibi - “Molde” (Norveç)/“KuPS” (Finlandiya) cütünün qalibi
Qeyri çempionlar
AZ (Niderland) - "Viktoriya" (Çexiya)
PAOK (Yunanıstan) - "Beşiktaş" (Türkiyə)
"Lokomotiv" (Zaqreb, Xorvatiya) - “Rapid” (Vyana, Avstriya)