11 Oktyabr 2014 01:55
1 155
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Avro-2016"nın seçmə mərhələsində növbəti qarşılaşmalar keçirilib.

Bu dəfə səfərdə 4 qat dünya çempionu İtaliya ilə qarşılaşan Azərbaycan millisi meydandan 2-1 hesablı məğlubiyyətlə ayrılıb.

Qrupumuzdakı digər matçda isə Norveç Maltanı səfərdə 3-0, Xorvatiya isə Bolqarıstanı səfərdə 1-0 hesabı ilə məğlub edib.

00:11

Futbol üzrə “Avro-2016”nın seçmə mərhələsi çərçivəsində Azərbaycan millisi növbəti oyununa çıxıb.
Palermo şəhərindəki “Renzo Barbera” stadionunda millimiz İtaliya yığması ilə qarşılaşır.

Teleqraf.com xəbər verir ki, oyunu türkiyəli baş hakim Hüseyn Göçek idarə edir. Ona həmyerliləri Mustafa Əmrə Eyisoy, Orkun Aktaş və Serkan Ok kömək edirlər. Mete Kalkavan və Hakan Ceylan əlavə köməkçi hakim funksiyasını yerinə yetirirlər.
Görüşün hakim-inspektoru Alan Freland (Şotlandiya), UEFA nümayəndəsi isə Tis Rolanddır (Belçika).

Qeyd edək ki, millimiz “Avro-2016”nın seçmə mərhələsi çərçivəsində ilk oyununu doğma meydanda Bolqarıstan millisinə qarşı keçirib və 1:2 hesabı ilə məğlub olub.


Müəllif:

Oxşar xəbərlər