12 Avqust 2020 21:12
773
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sentyabrda İsveçrədə keçirilməsi nəzərdə tutulan şose velosipedi üzrə dünya çempionatı ləğv olunub.

Teleqraf.com yarışın rəsmi saytına istinadən xəbər verir ki, buna koronavirus pandemiyasının yaratdığı hazırkı vəziyyət səbəb olub.

Daha əvvəl yarışın noyabrda Oman, Qətər və ya Birləşmiş Ərəb Əmirliklərində təşkil oluna biləcəyi barədə xəbərlər yayılsa da, təsdiqini tapmayıb.

Qeyd edək ki, 20 - 27 sentyabr tarixlərinə planlaşdırılan dünya çempionatında Azərbaycanın şose velosipedi üzrə yığmasının da iştirakı gözlənilirdi.


Müəllif: Teleqraf.com