21 Avqust 2020 22:25
721
12 Punto 14 Punto 16 Punto 18 Punto

Futbol üzrə Azərbaycan Premyer Liqasının 1-ci turu çərçivəsində keçirilən “Sumqayıt” – “Keşlə” oyununda kuryoz hadisə baş verib.

Teleqraf.com xəbər verir ki, qonaqların heyətində Tərlan Quliyev 78-ci dəqiqədə Şəhriyar Əliyevin əvəzində meydana daxil olub.

Ancaq baş hakim Elçin Məsiyev matçın protokoluna əsasən müdafiəçini meydandan kənarlaşdırıb. Çünki Tərlan protokolda 3 nömrəli futbolkada qeyd edilsə də, oyuna 33 nömrəli forma ilə girib. Ehtiyat oyunçular skamyasında isə 3 nömrəli forma tapılmayıb. Əlacı kəsilən “Keşlə” tərəfi 33 nömrədəki üçlərdən birini ağ “skoç” ilə görünməz edib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər