12 Oktyabr 2014 10:10
672
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda keçirilən “Qran-pri” turnirinin iştirakçısı Hikaru Nakamura Azərbaycanda şahmatın vəziyyətindən məmnun olduğunu deyib. Teleqraf.com xəbər verir ki, onun qənaətinə görə, şahmatla bağlı Azərbaycanı ABŞ ilə müqayisə etmək olmaz. İdmançı deyib:

”Azərbaycanda şahmata böyük diqqət göstərilir. Bu məni çox sevindirir. Ümumiyyətlə, Avropada şahmat çox inkişaf edib. Qərbi Avropada xüsusilə irəliləyişə nail olunub. MDB məkanını deməyə ehtiyac yoxdur. Bu ölkələrdə ən güclü şahmatçılar toplaşıb. ABŞ bu barədə bir qədər fərqli vəziyyətdədir. Fişerin dövründə şahmata böyük maraq olub. Sadəcə, onun sonrakı hərəkətləri, psixoloji durumu ABŞ xalqını qorxutdu. Onlar artıq düşünməyə başladılar. Bu müəyyən mənada şahmata olan münasibəti dəyişdi.

Bakıda “Qran-pri” turniri yüksək səviyyədə təşkil olunub. Ancaq ABŞ belə turnirləri o səviyyədə keçirmir. Heç kim təəccüblənməsin, amma bizdə şahmatçılar turnirə şahmat lövhəsini və saatı özləri ilə gətirirlər. Bu, hətta reqlamentdə qeyd olunur. Təkcə açıq turnirlər deyil, hətta böyük yarışlarda da iştirakçılar şahmat taxtasını özləri ilə gətirməlidirlər. Bəlkə bu, sizə qəribə gəlir, amma reallıq belədir”.


Müəllif:

Oxşar xəbərlər