Xorvatiyalı mütəxəssis İqor Tudorun “Yuventus”a keçidi rəsmiləşib.
Teleqraf.com xəbər verir ki, bu barədə Turin təmsilçisinin saytı yayıb. Tudor, “Yuventus”un yeni baş məşqçisi Andrea Pirlonun köməkçisi olub. Onunla imzalanan müqavilənin müddəti açıqlanmayıb.
42 yaşlı mütəxəssis keçmiş komanda yoladşı Pirlonun dəvəti ilə çalışdırdığı "Hayduk" klubundan ayrılıb.
Qeyd edək ki. İ.Tudor 1998/2007-ci illərdə “Yuventus”da çıxış edib. O, “Hayduk”dan başqa PAOK, “Karabükspor”, “Qalatasaray”, “Udenize”ni də çalışdırıb.