29 Avqust 2020 22:52
625
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avqustun 29-da futbol üzrə İngiltərə Super kuboku uğrunda görüş keçirilib.

Teleqraf.com xəbər verir ki, qarşılaşmada Premyer Liqanın qalibi “Liverpul” və ölkə kubokunun qalibi “Arsenal” üz-üzə gəliblər.

Oyunun əsas vaxtı 1-1 hesablı bərabərliklə bitib. Nəticədə komandalar 11 metrlik penaltilərlə qalibi müəyyən etməli olublar.

Bu seriyada daha dəqiq olan “Arsenal” tarixində 16-ci dəfə İngiltərə Super kubokunun qalibi adını qazanıb.


Müəllif: Teleqraf.com