31 Avqust 2020 00:43
614
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avqustun 30-da “Mercedes”in pilotu Luis Hamilton Formula 1 Belçika Qran-Prisinin qalibi olub.

Teleqraf.com xəbər verir ki, britaniyalı sürücü mövsümdə beşinci qələbəsini “Spa-Frankorşam” avtodromunda keçirilən yarışda qazanıb.

Qırx dörd dövrəlik mübarizədə ikinci yeri L.Hamiltonun komanda yoldaşı Valtteri Bottas əldə edib. İlk üçlüyü “Red Bull”un pilotu Maks Ferstappen tamamlayıb.

Pilotların siyahısına 157 xalla L.Hamilton başçılıq edir. M.Ferstappen 110 xalla ikinci, V.Bottas isə 107 xalla üçüncü pillədə qərarlaşıblar.

L.Hamilton cari mövsüm 5-ci, karyerasında isə 89-cu qələbəsini qazanıb.

Növbəti yarış sentyabrın 4-6-da İtaliyada təşkil olunacaq.


Müəllif: Teleqraf.com