31 Avqust 2020 15:16
714
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Çempionlar Liqasının 3-cü təsnifat mərhələsinin püşkatma mərasimi keçirilib.

Teleqraf.com xəbər verir ki, səpələnmişlər səbətində yer alan təmsilçimiz "Qarabağ"ın da rəqibi müəyyənləşib.

Ağdam klubu Norveç təmsilçisi "Molde" ilə qarşılaşacaq. İlk iki oyunu evdə keçirən "Qarabağ" bu rəqibi ilə də Bakıda qarşılaşacaq.

Çempionlar Liqasının 3-cü təsnifat mərhələsinin oyunları 15-16 sentyabr tarixlərində keçiriləcək.

Bu gün eyni zamanda "Neftçi"nin Avropa Liqasının 2-ci təsnifat mərhələsindəki rəqibi müəyyənləşib.

Səpələnməmişlər səbətində yer alan Azərbaycan təmsilçisi püşkatma nəticəsində səpələnmişlər səbətindəki “Qalatasaray”la (Türkiyə) qarşılaşacaq. Oyun sentyabrın 17-də Bakıda keçiriləcək.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər