"İki qardaş ölkənin ən böyük komandaları üz-üzə gələcəklər".
Teleqraf.com-un məlumatına görə, bu fikirləri "Neftçi"nin prezidenti Kamran Quliyev "BeIN SPORTS'a açıqlamasında UEFA Avropa Liqasının II təsnifat mərhələsinin püşkatmasını dəyərləndirərkən deyib.
Quliyev Türkiyə "Qalatasaray"ına rəqib olduqları üçün sevindiklərini bildirib: "Dünyada ortaya çıxan pandemiya səbəbindən oyun azarkeşsiz keçiriləcək. Möhtəşəm matç olacaq. İnanıram ki, bu qarşılaşma tarixə düşəcək".
Komandaların şanslarını da qiymətləndirən klub prezidenti növbəti mərhələyə adlamaq istədiklərini deyib: "Hər oyun öncəsi şanslar bərabər olur. "Qalatasaray"ı evdə qəbul edəcəyik. Onların gücünə, tarixinə hörmətlə yanaşırıq. Amma biz də 83 illik klubuq. Bu oyundan gözləntilərimiz böyükdür. Mərhələni keçmək istəyirik".
Qeyd edək ki, sentyabrın 17-də "Bakcell Arena"da oynanılacaq "Neftçi" - "Qalatasaray" görüşü saat 20:00-da başlayacaq.