5 Sentyabr 2020 01:36
936
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Barselona"nın kapitanı Lionel Messi Kataloniya klubundan ayrılmaq qərarını dəyişib.

Teleqraf.com xəbər verir ki, bu barədə argentinalı hücumçu goal.com-a açıqlamasında deyib. O bildirib ki, növbəti mövsüm də La Liqa təmsilçisində çıxış edəcək: "Narazı idim, getmək istəyirdim. Amma bunu etməyimə icazə vermədilər. Məhkəmə işləri ilə məşğul olmamaq üçün burada qalıram. Bartomeunun başçılıq etdiyi rəhbərlik sadəcə faciədir.

"Barselona"da oynamağa davam edəcəyəm. Getmək istəsəm də, meydandakı münasibətim dəyişməyəcək. Bu klub üçün əlimdən gələni edəcəyəm.

Mən həmişə qazanmaq istəyən biriyəm. Mən rəqibət aparmağı sevirəm və məğlubiyyəti sevmirəm. Klub və özüm üçün ən yaxşısını istəyirəm.

Çempionlar Liqasını qazanmaq üçün lazımi dəstəyi almadığımızı söyləmişdim. Əslində indi nə olacağını bilmirəm. Yeni məşqçimiz və yeni fikirlərimiz var. Bu, yaxşı bir şeydir, amma komandanın buna necə reaksiya verəcəyini və hansı yerə gələcəyimizi görəcəyik".


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər