“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Premyer Liqasının 2-ci turunda “Keşlə” ilə oyundan (0:0) sonra təşkil edilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.
Teleqraf.com xəbər verir ki, o, görüşün heç də asan olmadığını bildirib.
- Qalib gəlmək istəyirdik, 1 xal qazandıq. Futbolçular çox əziyyət çəkdilər. Motivasiyası yuxarı olan komandaya qarşı oynadıq. Hər bir futbolçumuza qarşı sərt oynayırdılar. Bu, məni sevindirdi. Uzun müddətdən sonra istədiyimiz oyunu göstərməkdə çətinlik çəkirdik. Bu oyunu burda saxlayıb, qarşıdakı matçlara hazırlaşmalıyıq. 5 gün sonra “Molde” ilə üz-üzə gələcəyik. Ümid edirəm ki, həmin oyunda daha yaxşı formada olacağıq.
- Xayme Romeronu meydanda görmədik. Bədavini erkən əvəzlədiniz, Mahir isə zədələndi...
- UEFA-nın “Molde”yə qaşrı matçı neytral meydana salması komandanın motivasiyasına necə təsir edir?
- Motivasiya yüksək olmalıdı. Belə qərarlar bəzən motivasiyanı verir, bəzən də əksi baş verir. Belə qərar verilməsəydi, daha rahat olardı. Bizə təsir edən odur ki, oyuna az vaxt qalmış belə qərar oldu. Biz düşünürdük ki, matç Bakıda olacaq. Ora getməklə bağlı bəzi məsələlər var ki, zaman istəyir. Ancaq sonra belə qərar verildi. Başqa çıxış yolumuz yoxdur. Komandaya yüksək motivasiya verməyə çalışırıq. Bəzən də bu, futbolçulara mane olur və komandaya ziyan verir. Motivasiya olsun, amma bizə lazım olan qədər. Buna da şübhəm yoxdur.
- İlk hissədə rəqibin iki yaxşı qol imkanı var idi. Şahruddin bunların birindən sonra dedi ki, uşaqlar, qol buraxmamış oynamayacaqsınız? Buna münasibətiniz necədir?
- Haçansa ola bilər ki, belə hal yaşanıb və onun beynində qalıb. Məncə, normaldı.r Futbolda belə şeylər olur. Bəlkə də, bunun faydası olub. Belə iradlar da lazımdır.
- “Molde” “Qarabağ”la oyun üçün 8 hücumçu sifariş edib..
- Hücumçuları çoxdur, amma meydanda 1-2-3 hücumçu olacaq. Buna uyğun hazırlaşacağıq. Ola bilər ki, hansısa cavan oyunçuları var. Bu məsələni çox düşünməyəcəyik. Meydana çıxacaq oyunçulara qarşı düzgün oyun qurmağa çalışacağıq.
- Qurban Qurbanovun oğlu yox, futbolçu Musa Qurbanovu bu mövsüm meydanda görə bilərikmi?
- Ola bilər. Eləcə də digər gənc futbolçularımız oynaya bilər.
- Yaxın günlərdə yeni transfer olacaq?
- Hazırda belə bir futbolçu yoxdur. Danışıq apardığımız futbolçular çox idi, ancaq indi say azalıb. İnanmıram ki, tezliklə yeni transfer olsun.
/Qol.az/