14 Oktyabr 2014 01:48
709
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xorvatiya - Azərbaycan qarşılaşmasında meydan sahibləri 10-cu dəqiqədə hesabı açıblar. Komandamızın qapısından topu 22 nömrəli futbolçu Andrey Kramariç keçirib. Xorvatiya millisinin futbolçusu İvan Perişiç oyunun 34-cü dəqiqəsində 2-ci topu komandamızın qapısına vurub.

Xorvatiya millisi birinci hissədə daha iki dəfə komandamızın qapısına yol tapıb. Əvvəlcə oyunun 45-ci dəqiqəsində İvan Perişiç 3-cü topu millimizin qapısından keçirib. Birinci hissəyə əlavə olunmuş vaxtda isə Marselo Brozoviç fərqlənib. Oyunun ilk hissəsi Xorvatiya millisinin 4-0 -lıq üstünlüyü ilə bitib.

Oyunun ikinci hissənin 56-cı dəqiqəsində Xorvatiya millisinin futbolçusu Luka Modriç 11 metrəlik cərimə zərbəsini qola çevirib. Oyunun 60-cı dəqiqəsində isə komandamızın kapitanı Rəşad Sadıqov topu öz qapımıza vurub. Qalan vaxt ərzndə hesb dəyişməyib. Beləliklə, milli komandamız Xorvatiya yığması ilə səfər görüşündə 6-0 hesab ilə məğlub olub.

23:44

Futbol üzrə “Avro-2016”nın seçmə mərhələsi çərçivəsində Azərbaycan millisi növbəti oyununu keçirir. Teleqraf.com xəbər verir ki, Osiyek şəhərindəki “Qradski” stadionunda millimiz Xorvatiya yığmasının qonağıdır.

Oyunu isveçrəli baş hakimi Studer Stefan idarə edir. Ona həmyerliləri Pozzi Sandro, Viçt Jean-Yves və Jobin Vital kömək edirlər. Görüşdə hakim köməkçisi funksiyasını Bieri Alain və Amhof Saşa yerinə yetirirlər.
Matçın UEFA nümayəndəsi Miçal Listkieviç (Polşa), hakim-inspektoru isə İrvine Lesliedir (Şimali İrlandiya).

Millimiz Avropa çempionatının seçmə mərhələsi çərçivəsində doğma meydanda Bolqarıstan, səfərdə isə İtaliya kollektivləri ilə qarşılaşıb və hər iki görüş yığmamızın 1:2 hesablı məğlubiyyəti ilə başa çatıb.


Müəllif:

Oxşar xəbərlər