18 Sentyabr 2020 17:12
605
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Avropa Liqasının pley-off mərhələsinin püşkü atılıb.

Teleqraf.com xəbər verir ki, UEFA-nın İsveçrənin Nyon şəhərindəki mənzil qərargahında keçirilən mərasimdə yeganə təmsilçimiz "Qarabağ"ın da potensial rəqibləri müəyyənləşib.

Ağdam klubu “Legiya” (Polşa) – “Drita” (Kosovo) cütünün qalibi ilə qarşılaşacaq. "Qarabağ" bir oyundan ibarət olacaq bu mərhələnin matçını səfərdə keçirəcək.

Qeyd edək ki, 3-cü təsnifat mərhələsi sentyabrın 24-də, pley-off oktyabrın 1-də keçiriləcək.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər