Azərbaycan Premyer Liqasının III turunda sabah keçiriləcək son iki oyuna təyinatlar açıqlanıb.
Teleqraf.com AFFA-nın saytına istinadən xəbər verir ki, "Zirə" - "Sabah" matçı İnqilab Məmmədova, "Qarabağ" - "Neftçi" görüşü isə FIFA referisi Əliyar Ağayevə həvalə olunub.
Azərbaycan Premyer Liqası, III tur
20 sentyabr (bazar)
18:00. “Zirə” – “Sabah”
Hakimlər: İnqilab Məmmədov, Namiq Hüseynov, Nahid Əliyev, Nicat İsmayıllı
Hakim-inspektor: Feyzulla Feyzullayev
AFFA nümayəndəsi: Eldəniz Musayev
Zirə İdman Kompleksinin stadionu
20:15. “Qarabağ” – “Neftçi”
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Rauf Cabarov
Hakim-inspektor: Ömər Paşayev
AFFA nümayəndəsi: Ramiz Mustafayev
“Azersun Arena”
Qeyd edək ki, turun "Qəbələ" - "Keşlə" və "Sumqayıt" - "Səbail" görüşləri bu gün keçiriləcək.