Bu gün UEFA Avropa Liqasında III təsnifat mərhələsinə yekun vurulacaq.
Teleqraf.com-un məlumatına görə, ikinci oyun günündə digər 34 qarşılaşma baş tutacaq. Azərbaycan təmsilçisi "Qarabağ"ın pley-off mərhələsindəki rəqibi də bəlli olacaq.
Ağdam klubu “Legiya” (Polşa) / “Drita” (Kosovo) cütünün qalibi ilə üz-üzə gələcək. Türkiyə təmsilçilərindən "Beşiktaş" Portuqaliyanın "Riu Ave", "Qalatasaray" isə Xorvatiyanın "Hayduk" komandasını qəbul edəcək. "Alanyaspor" Norveçdə "Rusenborq"un qonağı olacaq.