3 May 2014 11:13
1 090
12 Punto 14 Punto 16 Punto 18 Punto

İtaliyanın “Latsio” klubu almaniyalı hücumçu Miroslav Kloze ilə müqaviləni yeniləyib.

Teleqraf.com xəbər verir ki, yeni müqaviləyə əsasən Kloze daha bir il Roma klubunda qalacq. 35 yaşlı futbolçu müqaviləni uzatdıqdan sonra mətbuata danışıb:

“Bir çox klublardan təklif almışdım. Ancaq sevinirəm ki, “Latsio”da qaldım. Burdakı layihənin bir hissəsiyəm. Bu layihədə mənə böyük rol veriblər”.

Qeyd edək ki, Kloze bu mövsüm “Latsio”nun heyətində 22 oyun keçirib, 7 qol vurub, 5 məhsuldar ötürmə verib.


Müəllif: