"La Gazzetta dello Sport" nəşri İtaliya A seriyasının ən çox qazanan futbolçularının siyahısını dərc edib.
Teleqraf.com xəbər verir ki, siyahının ilk pilləsində "Yuventus"un hücumçusu Kriştiano Ronaldo qərarlaşıb. O, vergiləri çıxmaq şərti ilə ilinə 31 milyon avro qazanır. Portuqaliyalı oyunçunun komanda yoldaşı Matteys de Liqt 8 milyon avro ilə 2-ci pillədə qərarlaşıb. Romelu Lukaku ("İnter"), Edin Ceko ("Roma"), Kristian Eriksen ("İnter") 7,5 milyon avro ilə 3-5-ci pillələri bölüşdürürlər.