3 May 2014 11:56
1 259
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Liverpul” rəhbərliyi komandanın kapitanı Stiven Cerrarda yeni müqavilə təklif etməyə hazırlaşır.

Teleqraf.com xəbər verir ki, yeni müqaviləyə əsasən Cerrard daha bir il “Liverpul”da qalacaq. Futbolçunun komanda ilə müqaviləsi 2015-ci ilin yayında başa çatır. Klub rəhbərliyi qüvvədə olan müqavilənin müddətini daha bir il artırmaq niyyətindədi.

“Liverpul”un baş məşqçisi Brendan Rocers də Cerrardın komandada qalmasının tərəfdarıdı: “Düşünürəm ki, Stiv 2015-ci ildən sonra da futbol oynamaqda davam edəcək. O, möhtəşəm bir mövsüm keçirdi. Hesab edirəm ki, o, bundan sonra da komandanın əsas siması olaraq qalacaq”.

Cerrard bütün karyerası boyu “Liverpul”da oynayıb. O, 1998-ci ildən bu komandanın şərəfini qoruyur.


Müəllif: