AFFA ilə UNICEF-in Azərbaycandakı nümayəndəliyi arasında əməkdaşlıq çərçivəsində futbol məşqçiləri üçün “İdmanda zorakılığın azalması” mövzusunda təlim keçirilib.
Teleqraf.com-un məlumatına görə, təlimin əsas məqsədi idmanda zorakılığın aradan qaldırılması, qarşılıqlı münasibətlərdə zorakılığın qarşısının alınması və diqqəti hörmət və sülhsevər qərarlara yönəltməkdir.
Məşğələlər UNICEF-in beynəlxalq idman elmi mütəxəssisi, “Professor Emeritus” fəxri adına layiq görülmüş Kolin Higgs tərəfindən keçirilib.
Təlimin əvvəlində UNICEF tərəfindən uşaq və yeniyetmə inkişafı üzrə mütəxəssis (Youth and Adolescent Development Officer) Aidə Ailarova iştirakçıları salamlayıb və idmanda zorakılıq mövzusunun vacibliyini vurğulayıb. Sonda iştirakçılara sertifikat təqdim olunub.