13 Oktyabr 2020 20:58
1 385
12 Punto 14 Punto 16 Punto 18 Punto

21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması Avropa çempionatının seçmə mərhələsində növbəti oyununu keçirib.

Teleqraf.com-un məlumatına görə, Milan Obradoviçin baş məşqçi olduğu kollektiv Gürcüstanın qonağı olub.

Qori şəhərindəki Tengiz Burjanadze adına stadionda keçirilmiş qarşılaşma meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. 42-ci dəqiqədə Giorgi Quliaşvili fəqlənib. 76-cı dəqiqədə Turan Vəlizadə ikinci sarı vərəqəni alaraq meydandan qovulub.

Hər iki kollektiv indiyədək hərəyə 8 oyun keçirib. Gürcüstan bu nəticədən sonra 12-ci xalını qazanıb, Azərbaycan isə 6 xalda qalıb. İki yığma arasında 2019-cu il sentyabrın 10-da Bakıda təşkil olunmuş qarşılaşmada rəqib qalib gəlib - 3:0.

Bugünkü görüşdə Obradoviç Azərbaycan millisinə texniki zonadan təlimatlar verə bilməyib. Səbəb serbiyalı mütəxəssisin Slovakiyaya 1:2 hesabı ilə uduzduqları ötən görüşdə qırmızı vərəqə almasıdır.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər