16 Oktyabr 2020 14:27
675
12 Punto 14 Punto 16 Punto 18 Punto

Noyabrda keçirilməsi planlaşdırılan "Formula 1" üzrə Vyetnam Qran-prisi ləğv edilib.

Teleqraf.com yarışın rəsmi saytına istinadən xəbər verir ki, bu addım koronavirus pandemiayası ilə əlaqədar atılıb. Təşkilatçılar pilotlara, komandalara və azarkeşlərə təhlükəsiz şərait yaratmağa çətinlik çəkdikləri üçün mərhələ ləğv olunub.

Qeyd edək ki, Vyetnamda Hanoy trasında keçirilməsi planlaşdırılan yarış 3 - 5 apreldə olmalı idi. Pandemiya səbəbindən qeyri-müəyyən müddətə təxirə salınan Qran-prinin noyabrda baş tuta biləcəyi açıqlanmışdı.


Müəllif: Teleqraf.com