3 May 2014 12:24
771
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan milli komandası Avropa çempionatının finalına çıxıb.

Teleqraf.com xəbər verir ki, Tural Ağalarzadə, Rafiz Həsənov, Şahin Atamov, Ayxan Mamayev, Niyazi Əliyev və Asiman Qurbanlıdan ibarət komandamız finaladək 3 rəqibini məğlub edib.

Komanda kumite yarışlarına ikinci dövrədən qatılmış karateçilərimiz əvvəlcə Latviyanı 3:0, ardından daha güclü Serbiyanı 2:1, yarımfinalda isə Hollandiyanı 2:0 hesabı ilə məğlub etdilər. İlk dəfə komanda kumite yarışlarına qatılan qadınlarımız isə makedoniyalı rəqiblərinə 1:2 hesabı ilə məğlub oldular.

Türkiyə komandası ilə final görüşü mayın 3-də keçiriləcək. Milli komandamızın üzvləri mayın 3-də komanda kumite yarışları ilə yanaşı, fərdi kumitenin medalları uğrunda da döyüşəcəklər. Niyazi Əliyev (-67) ilə Şahin Atamov (+84 kq) qızıl medal uğrunda, Ayxan Mamayev (-89 kq) ilə Nuranə Əliyeva (-50 kq)isə bürünc mükafat qazanmaq üçün tatamiyə çıxacaqlar.


Müəllif: