19 Oktyabr 2020 01:16
808
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə Super Liqasında V turun növbəti oyunu keçirilib.

Teleqraf.com xəbər verir ki, ikinci oyun günündə keçirilməli olan 4 matçdan üçü baş tutub.

“Hatayspor” – “Ərzurum BB” qarşılaşması təxirə salınıb. Günün iki görüşündə eyni hesablı heç-heçə qeydə alınıb. “Antalyaspor” – “Qaziantep” və “Fatih Karagümrük” – “Kasımpaşa” oyunlarında tərəflər bir xalı bir qolla qazanıb.

Günə İzmirdə yekun vurulub. “Fənərbaxça” “Göztəpə”nin qonağı olub. 5 qolun vurulduğu qarşılaşmada qalib gələn İstanbul klubu birinci pilləyə yüksəlib. Meydan sahibləri isə ilk məğlubiyyətini alıb.

Qeyd edək ki, tura oktyabrın 19-da yekun vurulacaq.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər