Avropa Liqasında qrup mərhələsinə start verilib.
Teleqraf.com xəbər verir ki, turnirdə ölkəmizi təmsil edən “Qarabağ” da yer aldığı I qrupunda ilk oyununa çıxıb. Ağdam klubu İsraildə “Makkabi”nin qonağıdır.
Avropa Liqasında ardıcıl 6-cı, ümumilikdə avrokuboklarda isə 7-ci dəfə qrupda yarışacaq Qurban Qurbanovun komandası uğurlu başlanğıc etmək niyyətindədir.
Qrupun digər oyununda “Vilyarreal” “Sivasspor”u qəbul edəcək.
22 oktyabr
Avropa Liqası
Qrup mərhələsi
I qrupu
23:00. “Makkabi” (Təl-Əviv, İsrail) – “Qarabağ” (Azərbaycan) - 1:0 (Birinci hissə)
Qol: Yonatan Kohen, 10
Baş hakim: Con Biton (Şotlandiya)
Təl-Əviv. “Blumfeld” stadionu
23:00. "Vilyarreal" (İspaniya) - "Sivasspor" (Türkiyə)