26 Oktyabr 2020 08:45
708
12 Punto 14 Punto 16 Punto 18 Punto

Braziliya yığmasının sabiq futbolçusu Ronaldinyo koronavirus infeksiyasına yoluxub.

Teleqraf.com xəbər verir ki, məşhur idmançı bu barədə "İnstaqram" səhifəsində yazıb.

"Testi keçdim və o müsbət nəticə göstərdi. Yaxşıyam, xəstəlik simptomları yoxdur", - 40 yaşlı Ronaldinyo bildirib.

Braziliyalı futbolçu Fransanın PSJ, İspaniyanın "Barselona", İtaliyanın "Milan" komandalarında çıxış edib. Ronaldinyo iki dəfə İspaniya (2005, 2006) və bir dəfə İtaliya çempionu (2011) olub. "Barselona"nın tərkibində 2006-cı ildə "Çempionlar Liqası"nı qalibi adını qazanıb. 2005-di ildə "Qızıl top" mükafatını alıb.

Braziliya yığması ilə 2002-ci ildə dünya çempionu olub. Yığmada 96 oyun keçirən futbolçu 33 qol vurub.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər