"Gənclik” Tələbə İdman Cəmiyyəti Respublika Şurasının təşkilatçılığı ilə orta ixtisas təhsil müəssisələrinin tələbələri arasında şahmat, dama, stolüstü tennis, voleybol, basketbol üzrə respublika birinciliyi start götürüb.
Teleqraf.com-un məlumatına görə, yarışlar oktyabr, noyabr, dekabr aylarını əhatə edəcək. Ayrı-ayrı təhsil müəssisələrinin komandalarının mübarizə apardıqları və Azərbaycan Dövlət Pedaqoji Kollecinin idman zalında keçirilmiş dama yarışlarında nəticələr artıq müəyyənləşib.
Neft və Energetika, Bakı Sənaye - Pedoqoji və Bakı Humanitar kolleclərinin qızlarından ibarət, Bakı Sənaye – Pedoqoji, Azərbaycan Texniki, Neft və Energetika kolleclərinin oğlanlardan ibarət damaçıları yarışlarda ilk üç yeri tutublar.