30 Oktyabr 2020 01:16
932
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Maraqlı görüş alındı. İlk hissədə rəqib öz oyununu göstərməyi bacardı. Düzdür, qol vəziyyəti yaratmağa imkan vermədik. Amma tam istədiyimiz kimi oynamadıq. İkinci hissədə isə qoldan sonra komandam ayıldı. Layiqli qələbə qazandıq".

Teleqraf.com xəbər verir ki, bunu İspaniya "Vilyarreal"ının baş məşqçisi Unay Emeri UEFA Avropa Liqasının I qrupunun II turunda "Qarabağ"a 3:1 hesabı ilə qalib gəldikləri səfər oyunundan sonra mətbuat konfransında deyib.

2 il əvvəl İngiltərə "Arsenal"ınln sükanı arxasında olarkən qarşılaşdığı "Qarabağ"la hazırkı komandanı müqayisə edən 49 yaşlı mütəxəssis ciddi dəyişiklik görmədiyini bildirib: "Qarabağ"ın çox cəzbedici oyunu var. Adama xoş gəlir. İki il əvvəlki ilə indiki komanda hardasa oxşardır".

İspaniyalı baş məşqçinin sözlərinə görə, qol buraxandan sonra komandası sakitliyini qoruya bilib: "Bunun nəticəsində qələbə qazandıq. Penalti oyunun nəticəsinə təsir etmədi. VAR sistemi ilə daha dəqiq müəyyənləşdirmək olardı. Məncə, təmas var idi".

"Qarabağ"ın qrupdan çıxma şanslarını dəyərləndirən Emeri bunları deyib: "Bu gün qələbə bizim üçün vacib idi. Qrupda birinci olmaq istəyirik. Qarşıda oyunlar var. Düşünürəm ki, "Qarabağ"ın da şansı mövcuddur".

Baş məşqçi ilk turda qarşılaşdıqları Türkiyə "Sivasspor"u ilə "Qarabağ" arasında müqayisə də aparıb: "Hər iki komanda bizi çətin duruma saldı. "Sivasspor" Türkiyənin yaxşı komandalarından biridir. Düzdür, bu gün "Makkabi"yə uduzdular. Amma şansları davam edir. "Makkabi"ni tanımıram. "Qarabağ"da isə Xayme Romero, Kevin Medina kimi futbolçular var. Həm "Sivasspor", həm də "Qarabağ" bu qrupdan çıxa bilər".


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər