17 Oktyabr 2014 11:40
1 054
12 Punto 14 Punto 16 Punto 18 Punto

Foqtsun istefa verməsindən sonra Azərbaycan millisinin baş məşqçi postuna kimin gətiriləcəyi məsələsi aktuallaşıb. İctimai rəy “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovun tərəfindədi.

Ancaq Teleqraf.com-un əldə etdiyi məlumata görə, Qurbanov millini çalışdırmaqdan imtina edib.

AFFA-dakı mənbənin saytımıza verdiyi məlumata görə, Elxan Məmmədovla Qurban Qurbanov məsələ ilə bağlı müzakirə aparıblar. Ancaq razılıq əldə olunmayıb. Baş katib Qurbanovdan milliləşdirilmiş futbolçulardan imtina olunmamasını tələb edib. “Qarabağ”ın çalışdırcısı isə bu təklifi qəbul etməyib.

Bundan sonra Elxan Məmmədov “İnter”in baş məşqçisi Kaxaber Tsxadadze ilə təmas qurub. Məlumata görə, gürcü çalışdırıcı baş katibin şərtini qəbul edib.

Məsələ ilə bağlı əlavə məlumat almağa və tərəflərin mövqeyini öyrənməyə çalışacağıq.

Aldığımız ən son məlumata görə, Bakıya dönən kimi Rövnəq Abdullayev də Qurban Qurbanovla görüşəcək. Görüş “Qarabağ” - “Qəbələ” oyunundan sonra baş tutacaq.


Müəllif:

Oxşar xəbərlər