3 May 2014 14:42

Braziliyanın ikinci divizionunda keçirilən oyundan sonra kütləvi dava düşüb.

Teleqraf.com xəbər verir ki, dava “Resife”-“Santa Kruz” qarşılaşmasından (1:1) sonra baş verib. 6-cı sektorda başlayan qarşıdurma sonradan satdionun ətrafında davam edib. Bu vaxt stadionun tualetindən qopardılan unitaz tribunadan küçəyə atılıb. Unitaz azarkeşlərdən birinin başına düşüb. Ağır xəsarət alan azarkeşin həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, bir aydan sonra Braziliyada dünya çempionatı başlayacaq.


Müəllif:
Загрузка...