6 Noyabr 2020 23:26
705
12 Punto 14 Punto 16 Punto 18 Punto

Futbol üzrə Portuqaliya çempionatında çıxış edən "Moreyrense" klubunda koronavirusa kütləvi yoluxma qeydə alınıb.

Teleqraf.com xəbər verir ki, komandanın 21 futbolçusunun testi müsbət nəticələnib.

Bundan əlavə, baş məşqçi və texniki heyətin bütün üzvlərində infeksiya aşkarlanıb. İdarə heyətinin sədri də koronavirusa yoluxub və ümumilikdə 30 şəxsin testi müsbət nəticə verib.

"Moreyrense" çempionatda "Pasuş de Ferreyra" ilə matçın təxirə salınmasını tələb edib.

Qeyd edək ki, qarşılaşma noyabrın 7-də Bakı vaxtı ilə saat 19:30-da başlamalıdır.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər