Azərbaycan Premyer Liqasının IX turunun "Neftçi" - "Qarabağ" oyunundan öncə Şuşa şəhərinin işğaldan azad olunması qeyd olunub.
Teleqraf.com xəbər verir ki, komandalar meydana üzərində "Bayrağı yenilməz edən millətin övladlarıdır" şüarı yazılmış pankartla çıxıblar.
Ardınca matçın keçirildiyi "Bakcell Arena"dakı monitorlarda Prezident İlham Əliyevin xalqa müraciətindən bir hissə nümayiş etdirilib.
Daha sonra isə Azərbaycanın Dövlət Himni səsləndirilib.