9 Noyabr 2020 09:23
677
12 Punto 14 Punto 16 Punto 18 Punto

Noyabrın 8-də Rusiyada keçirilən güləş üzrə Moskva Qran-Prisinə yekun vurulub.

Teleqraf.com xəbər verir ki, güləşin bütün növləri üzrə təşkil olunan turnirdə ölkəmizi böyük məşqçi Zəlimxan Hüseynovun rəhbərliyi altında sərbəst güləş yığmamızın bir neçə üzvü təmsil edib.

Olimpiya çəki dərəcələri üzrə keçirilən yarışda güləşçimiz Şamil Zubairov (97 kq) bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. İslam Bazarqanov (57 kq) və Davud İbrahimov (65 kq) gümüş medal əldə edib. Gitinoməhəmməd Hacıyev (74 kq) və Osman Nurməhəmmədov (86 kq) isə Qran-Prini üçüncü pillədə başa vurublar.

Beləliklə, komandamız turnirdə 1 qızıl, 2 gümüş və 2 bürünc medal əldə edib.

Qeyd edək ki, görüşlərin idarə edilməsində ölkəmizi beynəlxalq dərəcəli hakim Sədi Quliyev təmsil edib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər