21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının seçmə mərhələsində son oyununu keçirib.
Teleqraf.com-un məlumatına görə, Milan Obradoviçin baş məşqçi olduğu kollektiv İsveçrənin qonağı olub. Görüş meydan sahiblərinin əzmkar qələbəsi ilə yekunlaşıb - 2:1. Hesabı 22-ci dəqiqədə qonaq komandadan Ozan Can Kökçü açıb. 49-cu dəqiqədə Bastien Toma bərabərlik qolunu vurub. Oyunda son nöqtəni isə 90+1-ci dəqiqədə Filip Stojilkoviç qoyub.
Hazırda Azərbaycan yığması 2-ci qrupda 6 xalla 6 komanda arasında 5-ci yerdə qərarlaşıb. Lakin 3 xalla son pillədə olan Lixtenşteynin ehtiyatda bir oyunu var. İsveçrə isə 9 oyundan 24 xalla 1-ci yerdə gedir.