Uruqvay futbol komandasının hücumçusu Luis Suarezin koronavirusla bağlı verdiyi testlərin nəticələri müsbət çıxıb.
Teleqraf.com-un məlumatına görə, bu barədə Uruqvay millisinin mətbuat xidməti bildirib.
Bildirilib ki, Uruqvay millisinin qapıçısı Roqdriqo Munyos və komandanın mətbuat xidmətinin əməkdaşı Matias Faralində də test nəticələri də müsbət çıxıb. Hal-hazırda hər üçü də özünü təcrid ediblər.