Misir milli komandasının futbolçuları Məhəmməd Salah və Məhəmməd Elneni növbəti dəfə koronavirus testindən keçib.
Teleqraf.com xəbər verir ki, hər iki oyunçunun test nəticəsi müsbət olub.
Qeyd edək ki, İngiltərənin "Liverpul" klubunda çıxış edən Məhəmməd Salahda koronavirus noyabrın 13-də aşkarlanıb. "Arsenal"da çıxış edən Məhəmməd Elnenin də testi yığmanın düşərgəsində olarkən müsbət çıxıb.