Afrika Futbol Konfederasiyası (CAF) 2015-ci il futbol üzrə Afrika Millətlər Kuboku yarışlarının Qanada keçirməsini müzakirə edir.
Teleqraf.com xəbər verir ki, yanvarın 17-dən fevralın 8-dək davam edəcək turnirə Mərakeş ev sahibliyi etməli idi. Lakin Ebola virusunun yayılacağından ehtiyatlanan ölkə rəhbərliyi yarışları keçirməkdən imtina edib.
Mərakeşlilər ən yaxşı halda Afrika Millətlər Kuboku yarışlarının təxirə salınmasını istəyirlər. Lakin CAF turnirin keçirilmə vaxtını dəyişmək niyyətində deyil və buna görə də Qanaya Mərakeşi əvəz etməklə bağlı müraciət ünvanlayıb.