6 Dekabr 2020 00:46

"Formula-1" üzrə Bəhreyn Qran Prisinin təsnifat mərhələsinin qalibi müəyyənləşib.

Teleqraf.com xəbər verir ki, yarışı birinci yerdə "Mercedes" komandasının finlandiyalı pilotu Valtteri Bottas başa vurub.

Onun komanda yoldaşı Luis Heniltonu əvəz edən britaniyalı Corc Rassel ikinci yeri, "Red Bull" komandasının niderlandlı pilotu Maks Ferstappen isə üçüncü yeri tutub.

Qeyd edək ki, Qran Prinin əsas yarışı sabah saat 21:10-da baş tutacaq.


Müəllif: Teleqraf.com