6 Dekabr 2020 01:38
588
12 Punto 14 Punto 16 Punto 18 Punto

Futbol üzrə İtaliya A Seriyasının 10-cu turunun oyunlarına start verilib.

Teleqraf.com xəbər verir ki, son çempion “Yuventus” klubu “Alianz” stadionunda Turin şəhərin digər təmsilçisi “Torino” komandasını qəbul edib.

Görüş meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Oyunda hesabı erkən qolla “Torino” açıb. Qonaqların heyətində Nikola Nkulu fərqlənib.

Fasilədən sonra 78-ci dəqiqədə turinlilər hesaba tarazlıq gətirib on dəqiqə sonra isə hesabda önə keçib. Müvafiq olaraq Veston Makkenni və Leonardo Banucci fərqləniblər.

Bu qələbədən sonra xal ehtiyatını 20-ə çatdıran “Yuventus” turnir cədvəlində 3-cü yerə yüksəlib. “Torino” isə 6 xalla 18-ci yerdə qərarlaşıb.

Turun açılış günün digər görüşündə “Latsio” klubu səfərdə “Specia” komandasından üstün olub - 2:1.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər