Avtomobil yarışları üzrə "Formula 1" sinifində yeddi qat dünya çempionunun almaniyalı Mixael Şumaxerin oğlu Mik Şumaxer "Formula 2" yarış seriyasının çempionu oldu.
Teleqraf.com-un məlumatına görə, Bəhreyndə baş tutan final mərhələsinin ikinci yarışında "Prema" komandasındaçıxış edən Mik Şumaxer 18-ci oldu. Onun əsas rəqibi "UNI-Virtuosi" komandasının təmsilçisi Britaniyalı Kallum Aylott 10-cu yeri tutdu və ümumi hesabda Şumaxerə çata bilmədi.
Yarışda hindistanlı Cehan Daruvala qalib gəlib, ikinci yerdə komanda yoldaşı Yaponiyalı Yuki Tsunoda, üçüncü isə "DAMS" komandasından olan britaniyalı Den Tiktum olub.