FIFA referisi Əliyar Ağayev yeni təyinat alıb.
AFFA-dan Teleqraf.com-a bildiriblər ki, UEFA Çempionlar Liqasının qrup mərhələsində çıxış edən klubların gənclərdən ibarət komandaları arasında təşkil olunan UEFA Gənclər Liqası turnirinin “D” qrupu çərçivəsində keçiriləcək “Qalatasaray” (Türkiyə) – “Borussiya” (Dortmund) oyununun baş hakimi Ə.Ağayev olacaq. Ona Rza Məmmədov və Knyaz Əmiraslanov kömək edəcəklər.
“Qalatasaray” – “Borussiya” qarşılaşması oktyabrın 22-də İstanbuldakı “Esenyurt İncirtepe” stadionunda keçiriləcək.