Azərbaycanın yunan-Roma güləşçisi Eldəniz Əzizli Serbiyanın paytaxtı Belqradda keçirilən Fərdi Dünya Kubokunda təsəlliverici görüşə çıxıb.
Teleqraf.com-un məlumatına görə, 55 kq çəki dərəcəsində mübarizə aparan idmançı Ermənistan təmsilçisi Rudik Mkrtçyana 9:0 hesabıyla qalib gələrək bürünc medal uğrunda qarşılaşmaya vəsiqə qazanıb.
Əzizli axşam seansında medal üçün qırğız Balbay Dordokovla mübarizə aparacaq.