20 Dekabr 2020 14:24
508
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Bizim bu il üçün Avropa macəramız başa çatdı".

Teleqraf.com xəbər verir ki, bunu "Qarabağ"ın futbolçusu Uroş Matiç şəxsi instaqram hesabından yazıb.

30 yaşlı serbiyalı yarımmüdafiəçi qış fasiləsinədək çempionatda iki oyunlarının qaldığını xatırladıb: "Zirvədə qalmaq istəyirik. Bu gün də meydana bu məqsədlə çıxacağıq".

Qeyd edək ki, "Qarabağ" bu gün Azərbaycan Premyer Liqasının XII turunda "Qəbələ"nin qonağı olacaq. Qarşılaşma saat 15:00-da başlayacaq. Ağdam klubu cari mövsüm Avropa Liqasının I qrupunu bir xalla dördüncü pillədə bitirib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər