Formula 1 Türkiyə Qran-Prisi cari mövsümün ən yaxşı yarışı seçilib.
Teleqraf.com xəbər verir ki, Formula 1-in rəsmi saytında azarkeşlər arasında aparılan sorğuda dünya çempionatının Türkiyə mərhələsi 33 faiz səs toplayıb. İtaliya Qran-Prisi 25 faiz səslə ikinci, Bəhreyndə təşkil olunan Sahir Qran-Prisi isə 18 faizlə üçüncü olub.
İlk beşiyi dünya çempionatının Avstriya və İtaliyada keçirilən Toskana Qran-priləri tamamlayıb.