Çempionlar Liqasında qrup mərhələsinin 3-cü turunun ilk günü turnirin keçirildiyi tarix ərzində ən məhsuldar olub. Teleqraf.com-un məlumatına görə, 8 oyunda komandalar 40 qol vurub. Başqa sözlə, hər oyunda orta hesabla 5 dəfə top qapılardan keçib.
Ən çox qol “Roma”-“Bavariya” oyununda (1:7), ən az isə APOEL – PSJ qarşılaşmasında (0:1) qeydə alınıb .
Bu, müvafiq oyunlarda indiyədək qeydə alınan ən yüksək göstəricidir. Belə ki, 1997-ci ilin oktyabrında Çempionlar Liqasında bir gün ərzində 44 qol vurulsa da, (bir oyuna 3,67), bu 12 oyuna təsadüf etmişdi.