3 Yanvar 23:32

Yuventus” ciddi itki ilə üzləşib.

Teleqraf.com xəbər verir ki, Turin təmsilçisinin hücumçusu Alvaro Morata sıradan çıxıb.

O, A Seriyasının 15-ci turu çərçivəsində “Udineze”yə qarşı keçiriləcək oyun ərəfəsində bu gün baş tutan sonuncu məşqdə zədə alıb. “La Gazzetta dello Sport”un yazdığına görə, ispan futbolçunun zədəsi ciddidir və “Udineze” ilə görüşdə forma geyinə bilməyəcək.

Qeyd edək ki, bu gün keçiriləcək “Yuventus” – “Udineze” matçına saat 23:45-də start veriləcək.


Müəllif: Teleqraf.com