Azərbaycan Premyer Liqasında çıxış edən “Səbail” komandası üç futbolçusu ilə yollarını rəsmən ayırıb.
Teleqraf.com xəbər verir ki, Murad Qayalı və Əli Sadıxovla qarşılıqlı razılıq əsasında müqaviləni pozan paytaxt təmsilçisi “Sabah”dan cari mövsümün sonunadək icarəyə götürdüyü Arsen Ağcabəyovu da geri qaytarıb.
Qeyd edək ki, “Səbail”in baş məşqçisi Aftandil Hacıyev daha əvvəl Orxan Qurbanlı ilə də vidalaşdıqlarını açıqlayıb.