8 Yanvar 2021 23:57
498
12 Punto 14 Punto 16 Punto 18 Punto

Almaniyanın "Get German Football News" nəşri ölkədə 2020-ci ilin ən yaxşı 100 futbolçusunun reytinq cədvəlini açıqlayıb.

Teleqraf.com xəbər verir ki, siyahıya "Bavariya"nın hücumçusu Robert Levandovski başçılıq edir.

İlk "onluq"da polşalı forvardla yanaşı, Münhen təmsilçisinin daha 7 üzvü yer alıb. Bunlar qapıçı Manuel Noyer, müdafiəçilər Yozua Kimmix, David Alaba, yarımmüdafiəçilər Serj Qnabri, Alfonso Deyvis, Leon Qoretska və digər hücumçu Tomas Müllerdir.

Qeyd edək ki, Robert Levandovski daha əvvəl FIFA tərəfindən ötənilin ən yaxşı futbolçusu seçilib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər