“Lichess.org” platforması vasitəsilə onlayn keçirilən “Şarca” kuboku yarışında Azərbaycan şahmatçısı Günay Məmmədzadə 3-cü yeri tutub.
Teleqraf.com xəbər verir ki, namizəd şahmatçı kimi birbaşa final mərhələsinə qatılan təmsilçimiz 9 turdan 6 xal toplayıb. Komandamızın digər üzvləri Gülnar Məmmədova 4 xalla 22-ci, Ülviyyə Fətəliyeva 3,5 xalla 28-ci pillədə qərarlaşıblar.
Turnirin qalibi 7 xalla ukraynalı şahmatçı Yuliya Osmak olub.
Qeyd edək ki, finalda 483 şahmatçı arasından seçilmiş ən güclü 25 oyunçu ilə yanaşı, həlledici mərhələdə iştirak etmək hüququ olan 10 namizəd şahmatçı da mübarizə aparıb. Rapid üzrə İsveçrə sistemi ilə keçirilən həlledici mərhələ 9 turdan ibarət olub.